26.11.2022 [12:03] - Gündəm, Siyasət
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya üzərində döyüş meydanında qələbə olmadan möhkəm sülh alınmayacaq, ona görə də bundan sonra da Ukraynaya hərbi dəstək göstərilməlidir.
Bu barədə o, NATO ölkələri xarici işlər nazirləri ilə görüşdən öncə keçirdiyi mətbuat konfransında çıxış edərkən bəyan edib.
"Müharibələrin əksəriyyəti danışıqlarla bitir. Lakin danışıqlar masası arxasında baş verənlər döyüş meydanında baş verənlərdən asılıdır. Ona görə də sülh yolu ilə məsələnin həlli şanslarının artırmağın ən yaxşı üsulu Ukraynaya dəstək verməkdir", - Stoltenberq deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Putinə bu müharibədə qələbə qazanmağa imkan verərlərsə, "sülhün" bədəli bundan sonra "uzun illər ərzində" çox yüksək olacaq. "Əgər Putin və digər avtoritar liderlər görsələr ki, güc mükafatlandırılır, onlar yenidən öz məqsədlərinə nail olmaq üçün güc tətbiq edəcək", - baş katib vurğulayıb.
Stoltenberq etiraf edib ki, Ukraynanın mülki infrastrukturuna raket zərbələri səbəbindən ölkəni dəhşətli qış gözləyir. Lakin bu, həm də "Putinin məğlubiyyətə uğramasını" və "daha böyük qəddarlıqla cavab verməsini" göstərir.
Onun sözlərinə görə, NATO Ukraynaya tələb olunanadək dəstək göstərməkdə davam edəcək. "Biz geriyə çəkilməyəcəyik", - o, xəbərdarlıq edib.
Hazırda NATO Ukraynaya yanacaq, dərman preparatları, qış ləvazimatları və PUA-ların qarşısını almaq üçün vasitələr çatdırır. Alyans həmçinin Kiyevə sovet dönəminin texnikasından NATO-nun müasir standartlarına keçid etməyə kömək edir və ordunun hərbi hazırlığını həyata keçirir.
Bunda başqa, Stoltenberqin deməsinə görə, müttəfiq ölkələr sovet dönəminin texnika və döyüş sursatlarının istehsalını artırıb, "bu da son dərəcə aktual və zəruridir", çünki Ukraynada silahların sovet nümunəsi hələ çoxdur.

Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |