26.11.2022 [12:03] - Gündəm, Siyasət
Bu gün Rusiya lideri Vladimir Putin "xüsusi hərbi əməliyyat"ın iştirakçıları olan hərbi qulluqçuların anaları ilə görüşüb. Görüş Rusiya prezidentinin Novo-Oqaryovadakı iqamətgahında keçirilib.
Bu barədə BBC nəşri məlumat yayıb.
Çox hissəsi bağlı qapılar arxasında keçən tədbirdə Putin iştirakçıları əmin edib ki, Rusiya hökuməti "onların ağrısını bölüşür" və "çiyinlərinin onun yanında hiss etmələri" üçün hər şeyi edəcək.
"Bilirsiniz, başağlığının ifadə edilməsi ilə bağlı olan hansısa formal, standart şeylər barədə danışmağa adamın dili gəlmir. Lakin mən istəyirəm ki, biləsiniz: şəxsən mən də, ölkə rəhbərliyi də bu ağrını bölüşürük. Anlayırıq ki, oğul, övlad itkisini heç nə əvəz edə bilməz. Xüsusilə bizim hamımızın dünyaya gəlişimizə görə borclu olduğumuz, onları öz bətnində böyüdən, qidalandıran ana üçün bu itkini heç nə əvəz edə bilməz", - Putin bəyan edib.
Videoyazıya əsasən, görüşdə 18 qadın iştirak edib. "İzah edə bilərik" nəşri iddia edir ki, bir neçə ananı identifikasiya etmək mümkün olub. Onların arasında:
- Moskvadan olan məmur-qadın, "Vahid Rusiya" partiasından deputat Olqa Beltseva;
- Moskvaətrafı Ümumrusiya xalq cəbhəsi icraiyyə komitəsinin rəhbəri Yuliya Belexova;
- Orexovo-Zuyevo İctimai Palatanın üzvü Marina Miqunova;
- Xalasiya rəhbərinin daxili siyasət üzrə sabiq müşaviri Nadejda Uzunova, hazırda səfərbər olanlara yardımın toplanmasına kuratorluq edir;
- Tuvanın Kaa-Xemsk rayon administrasiyasında ailə, gənclər və idman işləri üzrə şöbənin rəisi İrina Tas-ool;
- rejissor Olesya Şiqina, o, pravoslav vətənpərvər kino çəkir.
Həmçinin Putindən sağda qara yaylıqda çeçen "aristokratiyası"nın nümayəndəsi Jaradat Aquyeva əyləşib. Onun oğulları yüksək vəzifəli güc strukturlarının işçiləridir: "Qərb-Əhməd" taborunun komandiri İsmayıl Aquyev və Kurçaloyevsk rayon daxili işlər şöbəsinin rəisi Rüstəm Aquyevdir. Hər ikisi Ukraynda döyüşür. Tədbirdə iştirak edən digər qadınıların övladlarının harada olması barədə dəqiq heç nə bəlli deyil.
Hər hansı analar hərəkatından (Rusiyada bir neçə belə hərəkat var- "Əsgər anaları komitəsi", "Rusiya anaları", "Analar şurası") bir nəfər nümayəndə belə olmayıb.
Bu yaxınlarda yaradılan və səfərbər edilən və müddətli hərbi qulluqçuların qohumlarını birləşdirən "Analar və həyat yoldaşları şurası" ictimai hərəkatın iştirakçıları onlardan heç kimin dəvət edilməməsinə görə prezident administrasiyasını tənqid edib. "Meduza" portalının yazdığına görə, bundan öncə şuranın təşkilatçısı Olqa Tsukanova güman edib ki, tədbirə yalnız "cib anaları" dəvət ediləcək.
Rusiyanın müstəqil KİV-ləri dəfələrlə diqqəti buna çəkib ki, dövlət başçısı ilə görüşlərdə xüsusi, əsasən də eyni adamlar-xüsusi xidmət orqanlarının əməkdaşları və ya məmurlar iştirak edir.

Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |