Şrift:
Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb
30.11.2022 [12:32] - Gündəm, Hərb
Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokansonla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tərəflər "Ştatla tərəfdaşlıq proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed