30.11.2022 [12:36] - İqtisadiyyat
ABŞ Ukraynada enerji infrastrukturunun bərpası üçün işçi qrupu formalaşdırmaq niyyətindədir.
İşçi qrupunun tərkibinə G7 ölkələri və onların yaxın müttəfiqləri daxil olacaq. Kontakt qrupu iştirakçılarının dekabr ayında Parisdə görüşü nəzərdə tutulur.
Qrupun yaradılması ilə bağlı müzakirələr noyabrın əvvəlində “Böyük yeddilik” ölkələri xarici işlər nazirlərinin Almaniyanın Münster şəhərində keçirilən görüşü çərçivəsində başlayıb.
Noyabrın 29-da Vaşinqton enerji şəbəkələri üçün avadanlıqların alınması məqsədilə Ukraynaya 53 milyon dollar ayrıldığını elan edib. Yeni yardım paketinə paylayıcı transformatorlar və digər avadanlıqlar daxildir. Ümumilikdə isə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başladığı vaxtdan bəri ABŞ Kiyevə təxminən 32 milyard dollar həcmində yardım göstərib ki, onun da 145 milyon dolları Ukraynanın enerji sektorunun təmiri, texniki xidməti və gücləndirilməsi üçün ayrılıb.

Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |