Şrift:
Yeni tutuqlanan azərbaycanlı fəalın harda saxlanıldığı bilinmir
19.01.2013 [12:44] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı fəal İbrahim Nurinin harda saxlanıldığı barədə heç bir məlumat yoxdur.

21 yaşlı milli-mədəni fəal 2013-cü il yanvarın 17-də tutuqlanıb. Təhlükəsizlik qüvvələri qanunsuz olaraq onun ata evinə daxil olub və evdə axtarış aparıblar. Axtarış nəticəsində İbrahim Nuriyə aid bir çox kitab və şəxsi əşya məmurlar tərəfindən zəbt edilib.

Xatırladaq ki, azərbaycanlı fəala təzyiqlər yeni başlamayıb. O, bundan öncədə mədəni fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed