Şrift:
Urmiya gölünün qurudulmasında məqsəd 16 milyon azərbaycanlını didərgin salmaqdır
30.11.2022 [12:46] - Güney Azərbaycan xəbərləri
Urmiya gölünün İran tərəfindən qurudulması siyasi məsələyə çevrilib və məqsəd 16 milyon azərbaycanlını didərgin salmaqdır.

Bunu “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Ə.Tağızadə qeyd edib ki, Urmiya gölünün qurudulması ciddi ekoloji problem yaradır. “İranda çaylar da, göllər də qurudulur. İranda su mafiyası var, suyu oğurlayırlar və bunun da başında dövlət dayanır. Urmiya gölünün qurudulması siyasi məsələyə çevrilib və dərin milli münaqişə yaradır. Gölün suyunun 90 faizdən artığı quruyub. Gölün qurudulması ilə bağlı məsələyə münasibət bildirənləri də həbs edirlər”, - deyə o qeyd edib.
Bu xəbər oxucular tərəfindən 16858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed