19.01.2013 [12:55] - Gündəm, Güney Azərbaycan xəbərləri
Yanvarın 13-də Ağ Evin veb-saytının “Biz xalqıq” səhifəsində prezident Obamanı İranda etnik azərbaycanlıların hüquqlarının pozulması probleminə diqqət yetirməyə çağıran müraciət yerləşdirilib.
“Biz Obama administrasiyasını İran islam hökumətinin İrandakı azərbaycanlı fundamental hüquqlarını pozduğunu tanımağa çağırırıq. Biz, Amerikanın Azərbaycan icması Obama administrasiyasından xahiş edirik ki, İran hakimiyyətinin bu ölkədəki etnik və digər azlıqların fundamental hüquqlarını daim pozduğunu tanısın.
İran azərbaycanlılara öz doğma dillərində təhsil almaq, Azərbaycan dilində azad kütləvi informasiya vasitələrinə malik olmaq, öz mədəni ənənələrini həyata keçirməyə imkan yaratmaqdan imtina edir.
Bu cür məsələləri qaldırmaq istəyənlər təqiblərə, ciddi həbs cəzalarına, işgəncə, hətta ölüm hallarına məruz qalır.
Xahiş edirik ki, Obama administrasiyası azərbaycanlıların məsələsini İran haqqında məsələlərin gündəliyinə daxil etsin”, - müraciətdə deyilir.
Qaydalara görə, Ağ Evin saytında müraciəti ABŞ-da (Amerika Birləşmiş Ştatları) yaşayan vətəndaşlar yerləşdirə bilər. Əgər bir ay ərzində müraciəti 25 min adam dəstəkləyərsə, o baxılmaq üçün Administrasiyaya təqdim olunur.
https://petitions.whitehouse.gov/petition/recognize-islamic-government-iran-violating-fundamental-rights-irans-azerbaijani-ethnic-minority/gR2mqw7b#thank-you=p
İmzatoplama kampaniyasına qoşulmaq üçün bir Email vasitəsi ilə hesab açmaq üçün “Create an Account” bölümündən qeydiyyata düşün və anketi doldurun. Password və iştirakçı hesabı emailinizə göndəriləcək. Sonra burdan iştirakçı adı və passwordla daxil olun, Login edin və “sign this petition”i tıklayın.

Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |