Şrift:
Dörd ildə 137 elmi-tədqiqat layihəsi həyata keçirilib
01.12.2022 [13:01] - Gündəm, İqtisadiyyat
Ölkəmizdə məsafədən müşahidə sahəsində peyk xidmətlərinin istifadəsi artıb.

Bu sözləri Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın nəticələrinə həsr olunmuş konfransda deyib.

O bildirib ki, Dövlət Proqramının nəticələrinə əsasən, Azərkosmos tərəfindən peyk təsvirlərindən istifadə etməklə yerli dövlət qurumları və təhsil müəssisələri ilə birgə 137-si elmi-tədqiqat layihəsi olmaqla ümumilikdə 400-dən çox layihə həyata keçirilib.

S.Əsədov qeyd edib ki, Coğrafi İnformasiya Sistemləri sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması və elmi tədqiqatın inkişafı istiqamətində peyk məlumatlarının istifadəsini genişləndirmək məqsədilə artıq Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzi fəaliyyətə başlayıb.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed