Şrift:
Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub
01.12.2022 [13:02] - Gündəm, Türk dünyası-Turan
Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-cu iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu xəbər oxucular tərəfindən 1297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed