Şrift:
Zəngəzur dəhlizi gələcəkdə Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə oluna bilər
01.12.2022 [13:04] - Gündəm, İqtisadiyyat
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Belçikanın paytaxtı Brüssel şəhərində işgüzar səfərdədir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, səfər çərçivəsində Avropa İttifaqının nəqliyyat komissarı Adina Valeanla görüş keçirib.

Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq, o cümlədən Trans-Avropa nəqliyyat şəbəkələri (TEN-T) çərçivəsində layihələrin həyata keçirilməsi, Zəngəzur dəhlizinin gələcəkdə bu şəbəkələrə əlavə olunması məsələləri müzakirə olunub.

Görüşün davamında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər müzakirə predmeti olub.

Avropa İttifaqının nəqliyyat komissarı Adina Valeana ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, o cümlədən Zəngəzur Dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə ətraflı məlumat verilib.

Həmçinin diqqətə çatdırılıb ki, Orta Dəhliz – Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən multimodal nəqliyyat marşrutu ətrafında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Dəhliz regionun Avropa və qlobal təchizat zəncirlərinə inteqrasiyası üçün müəyyən imkanlar açacaq.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed