Şrift:
Sərdar Ünsal: Fransa işğal dövründə Ermənistanın Azərbaycana qarşı bütün cinayətlərinə şərik olub
01.12.2022 [13:07] - Siyasət
Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamə bir daha bütün dünyaya göstərdi ki, bu ölkə öz riyakar əməlləri ilə otuz illik işğal dövründə Ermənistanın Azərbaycana qarşı bütün cinayətlərinə şərik olub.

Bu fikirləri açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib.

Keçmiş sovetlər birliyinin süqutu illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddialarının məhz Fransa kimi riyakar tərəflərin dəstəyi ilə işğalçılığa çevrildiyini xatırladan İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib: “Əslində Fransanın bu mövqeyində təəccüblü nəsə axtarmağa dəyməz. Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri olaraq bütün gücü ilə Ermənistanın işğalçılıq siyasətini bu və ya digər formada dəstəkləyib. Lakin indi işğal dövründən fərqli olaraq vəziyyət tamam bambaşqadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbənin mahiyyəti Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə məlum qətnaməsini dəyərsiz kağız parçasına çevirir. Buna baxmayaq, dünyanın bütün sülhsevər insanlarını fəal şəkildə Fransanın riyakarlığına etiraza səsləyirik. Hər kəs etiraz səsini ucaltsın ki, Fransanın iç üzünü tanımayanlar daha yaxından tanısın, riyakarlığına bələd olmayanlar onun əsl simasını görsünlər”.

Təcavüzkar Ermənistanın otuz illik işğal dövründə Azərbaycana qarşı genişmiqyaslı vandalizm, soyqırımı aktları, digər hərbi cinayətlər törətdiyini diqqətə çatdıran tədqiqatçı deyib ki, tarixin bütün dövrlərində bəşəri cinayətləri törədənlərlə onları dəstəkləyənlərin məsuliyyəti eyni olub. Fransa unutmamalıdır ki, təcavüzkarın yanında olmaqla işğalçı Ermənistanın Azərbaycana qarşı bütün insanlıq əleyhinə bəşəri cinayətlərinə şərik olur.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed