Şrift:
Fərəc Quliyev:Yeni qanun partiyaların inkişafına töhfə verəcək
01.12.2022 [13:17] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Siyasi partiyalar haqqında” yeni qanun Milli Məclisdə birinci oxunuşunda qəbul olunub.

Qanun layihəsində siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişiklər, siyasi partiyanın fəaliyyətinə nəzarət təklif olunur. Bu qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 5 minə qaldırılması yer alıb. Əvvəlki variantda isə bu rəqəm 10 min idi. 2 dəfə ardıcıl olaraq parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi müddəası qanun layihəsinin yeni redaktəsində yoxdur. Qanun layihəsinin əvvəlki variantında narazılığa səbəb olan bəzi müddəalar yeni layihədən çıxarılıb. Məsələn, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olması tələbi 50 təsisçiyə qədər endirilib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun cəmiyyət və siyasi kəsim tərəfindən müsbət qarşılanıb. Hər kəs yeni dəyişikliyin Azərbaycanın siyasi arenasına və partiyaların inkişafına müsbət təsir edəcəyini düşünür. Partiya sədrləri yeni qanunun çox əhəmiyyətli olduğunu xüsusi qeyd edirlər.

Ekspertlərin fikrincə, yeni qanun güclü, ideoloji dayaqları, sosial bazası olan partiyalar üçün yeni əslində stimul olacaq. Çünki onlara ayrılacaq dövlət maliyyəsi həm də aşkar fəaliyyəti zəruri edəcək. Bir neçə dəfə yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib və bu məqamlar xüsusi vurğulanıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun partiyaların inkişafına töhfə verəcək:
““Siyasi partiyalar haqqında” Qanundakı dəyişikliklər xeyli müzakirə olundu. Parlamentdə müzakirələr getdi və 60-dan çox təklif nəzərə alındı. Bəzi partiyaların narahatlıqları da nəzərə alınaraq xeyli yumşalmalar oldu. Xüsusən üzv sayının 5000 nəfərə endirilməsi, təsisçilərinin sayının azalması və s. nümunə göstərmək olar. Hesab edirəm ki, kifayət qədər güzəştli bir bölgüdən çıxışlar oldu. Azərbaycan siyasi partiyaları arasında daha da oturuşmuş bir vəziyyət yaranacaq. Əslində partiyaların seçkidə iştirak etməzsə, ləğv olunacağı ilə bağlı müddəanın çıxarılması bir az təsadlı məsələdir. Yəni bir partiya yaranırsa, o, hakimiyyət uğrunda mübarizə aparmaq üçün yaranır ”.

Partiya sədri vurğulayıb ki, yeni qanunda xeyli dərəcədə yumşalmalar oldu:

“Partiyaların yenə narazılıq etdiyi bəzi məqamlar da var. Xüsusən şəxsi göstəricilərin reyestrdə göstərilməsi ilə bağlı məsələ yəqin ki, nəzərə alınacaq. Nəhayət ki, 1992-ci ildən sonra 70-dən çox dəyişiklik olunan bir sənəd bütöv halda cəmiyyətin müzakirəsindən keçib ortaya çıxdı”.

Elmir /Cebhe.info
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed