01.12.2022 [14:53] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Naxçıvanda baş verənlər əslində gərək heç kimi təəccübləndirməsin”.
Bu barədə Demokrat.az-a açıqlamasında istiqlalçı keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. Sabiq deputat Naxçıvanda aparılan islahatların məqsədəuyğun olduğunu qeyd edib.
“Azərbaycan unitar dövlətdir. Naxçıvanda korrupsiyaya qarşı mübarizə, yoxlamalar, islahatlar aparılırsa, bu tam təbii qəbul olunmalıdır. Hesab edirəm ki, tam vaxtında yerində olan məsələlərdir. Çünki, əvvəla orada şişirdilmiş idarə sistemi var idi. Naxçıvanda Nazirlər Kabinetinin özünün qalması tamamilə absurddur. Həmçinin, nazirliklərin olması da tamamilə absurddur. Doğru etdilər ki, artıq Dövlət Təhlükəsizlik Xidməti orada artıq öz yerli idarəsini yaratdı. Nazirlik və gömrük komitəsi ləğv olundu və yerində kiçik bir idarə olacaq. Yəni, Şəkidə nə cür idarəetmə varsa, Ordubadda da o cür idarəetmə olmalıdır! Azərbaycan kiçik ölkədir. Buna görə də, Naxçıvanda şişirdilmiş idarəetməyə ehtiyac yoxdur. İkinci bir tərəfdən, korrupsiyaya qarşı mübarizə tədbirllərinin başlaması, Milli Təhlükəsizlik Xidmətinin mükəmməl bir gedişidir, çox doğru bir məsələdir. Mən sizə deyim ki, Naxçıvanda yerli idarəetmədən bezmiş insanlarda, dövlətə qarşı artıq küskünlük yaranan insanlarda rəğbət hissi yaranmağa başladı. İnsanlar artıq fərqli atmosfer yaşayırlar. Hesab edirəm ki, bu proses sona çatdırılmalıdır. Həm korrupsiayaya qarşı mübarizə, həm orada islahatlar, həm orada əlavə qurumların ləğv olunması, birbaşa idarəçiliyin Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olunması və birbaşa idarəçilik tərəfimizdən təqdir olunur”.

Aynurə/Demokrat.az
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |