Şrift:
Ermənistan Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam edir
02.12.2022 [10:17] - Xəbərlər, Siyasət
Ermənistan Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam edir. Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkarlanıb. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşanın Lodz şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı bildirib.

Nazir deyib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, həmin mina sahəsinə baxış keçiriblər.

“Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə gətirilib. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan açıq-aşkar sui-istifadədir”, - deyə C.Bayramov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed