02.12.2022 [10:18] - Xəbərlər, Siyasət
Ermənistanla 30 ilə yaxın davam edən münaqişənin başa çatmasından sonra Azərbaycan indi onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. Yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait yaratmaq, münaqişədən sonra ərazilərdə dinc həyatın təmin edilməsi Azərbaycan hökuməti üçün əsas prioritetdir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə bu yaxınlarda ailələrin birinci qrupu qayıdıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşada keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan, həmçinin münaqişədən sonra ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını özünün siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir, onlar üçün bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir. Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə yerli etnik erməni sakinlər arasında son aylarda artan dialoq və təmaslar təşviq olunmalı və davam etdirilməlidir.

Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |