02.12.2022 [10:19] - Gündəm, İdman
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında E qrupunun görüşlərinə yekun vurulub. Sonuncu turun nəticələrinə görə Yaponiya və İspaniya milli komandaları mundialın pley-off mərhələsinə vəsiqəni təmin ediblər.
“Əl Beyt” stadionunda Kosta-Rika və Almaniya milli komandaları üz-üzə gəliblər. Fransız qadın FIFA referisi Stefani Frapparın idarə etdiyi oyunda hesabı Almaniya millisi açıb. Matçın 10-cu dəqiqəsində Serj Qnabri fərqlənib. Qarşılaşmanın ilk hissəsi Almaniya seçməsinin üstünlüyü ilə başa çatıb. Kosta-Rika millisi ikinci hissəyə daha fəal başlayıb. Matçın 58-ci dəqiqəsində kosta-rikalı yarımmüdafiəçi Yeltsin Texeda baxımlı qola imza ataraq hesabı bərabərləşdirib. Görüşün 70-ci dəqiqəsində alman qapıçı Manuel Noyer avtoqolla yadda qalıb. Üç dəqiqə sonra alman yarımmüdafiəçi Kay Xaberts hesaba tarazlıq gətirib, 85-ci dəqiqədə isə dubla imza atıb. Qarşılaşmanın 89-cu dəqiqəsində alman hücumçu Niklas Fyullkruq yekun nəticəni müəyyənləşdirib. Beləliklə, görüş Almaniya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Xəlifə” stadionu isə Yaponiya – İspaniya matçına ev sahibliyi edib. CAR-dan olan baş hakim Viktor Qomesin idarə etdiyi oyunda ilk olaraq İspaniya millisi fərqlənib. Oyunun 10-ci dəqiqəsində Alvaro Morata rəqib qapısına yol tapmağı bacarıb. İkinci hissədə Yaponiya yığması ardıcıl iki qol vuraraq hesabı xeyrinə dəyişib. Belə ki, 48-ci dəqiqədə Ritsu Doan, 3 dəqiqə sonra isə Ao Tanaka rəqibi meydanın mərkəzinə dəvət ediblər. Komandaların cəhdlərinə baxmayaraq oyunda hesab dəyişməyib və Yaponiya millisi 2:1 hesablı qələbəyə sevinib.
Hesabında 6 xal olan Yaponiya millisi qrupa lideri kimi pley-offa adlayıb. İspaniya seçməsi 4 xalla ikinci olub və növbəti mərhələyə vəsiqəni təmin edib. Almaniya millisi 4 xalla üçüncü, Kosta-Rika millisi isə 3 xalla sonuncu olub. Hər iki komanda qrupda qalıb.
Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş və Xorvatiya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |