Şrift:
U-17 və U-19 komandalarımızın rəqibləri məlum olub
08.12.2022 [10:28] - Gündəm, İdman
On yeddi və 19 yaşadək qız futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatlarının 2022/2023-cü il mövsümün ikinci mərhələsinin püşkü atılıb.

UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacaq qrupları müəyyənləşib.

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisi B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə ikinci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn il martın 22-də, 25-də və 28-də Bosniya və Herseqovinada təşkil olunacaq.

B Liqasında qərarlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi isə üç komandalı 5-ci qrupda mübarizə aparacaq. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn il aprelin 5-də, 8-də və 11-də Slovakiyada keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed