08.12.2022 [10:34] - İqtisadiyyat
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının, xüsusilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Avropa İttifaqı ilə müxtəlif proqramlar və layihələr çərçivəsində tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, “yaşıl” və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından önəmlidir.
Tərəflər özəl və dövlət sektorlarında sərmayə imkanları və potensial layihələr, Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının icrası barədə fikir mübadiləsi aparıblar.
Sonra İnvestisiyaların müəyyən edilməsi və prioritetləşdirilməsi üçün yüksək səviyyəli İşçi Qrupunun birinci iclası keçirilib. İclasda aidiyyəti dövlət qurumlarının, Avropa Komissiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan və Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri ilə Avropa İttifaqının “Flaqman təşəbüsləri”nin uzlaşmasının tərəfdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub. İşçi Qrupunun iclasında bu təşəbbüslər çərçivəsində ölkəmizdə icra olunacaq prioritet istiqamətlər müzakirə olunub.

Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |