08.12.2022 [10:45] - Güney Azərbaycan xəbərləri
Zahid Oruc: “Azərbaycanın vahid düşüncə məkanında birləşməsi mühüm doktrinadır, çox böyük ideologiyadır”
“İran azərbaycanlıların, türklərin daim vətəni olsa da, Azərbaycan dilinin özünəməxsus taleyi olub. Nə üçün dövlət dili statusunu daşımaması isə hamıya bəllidir”.
Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Yeni Müsavat”a güney azərbaycanlıların ana dilində təhsil almaq hüququ ilə bağlı danışarkən bildirib. O qeyd edib ki, 1979-cu ildən sonra dillə bağlı hüquqi, siyasi, ədəbi, bədii, təhsil və digər sahələrlə əlaqədar verilən vədlər sonrakı mərhələlərdə məhv edilib:
“Hər hansı prosesin, strategiyanın, konsepsiyanın hədəfləri mütləq beynəlxalq hüquqa, insan haqları ilə bağlı konvensiyalara uyğun tərtib olunmalıdır. Azərbaycan hər hansı dövlətə, məkana, coğrafiyaya hücum etməklə bağlı bəyanat səsləndirmir. Dünyanın hər yerində etnik topluluqların, hətta ən kiçik azsaylı qrupların mədəni, dini, tarixi haqları ilə bağlı xüsusi qanunlar, qərarlar, hüquqi aktlar, təşfiqedici prinsiplər müəyyənləşdirilir. İranda azərbaycanlılar milli azlıq deyil, əksinə, milli çoxluqdur. Biz tarixi haqlarımızı qoruyuruq. Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə çıxışlarından birində dövlətimizin, millətimizin gələcəyə yönəlik proqramına çevrilən Azərbaycanın sekulyarlığını qoruyacağını xüsusi vurğuladı. Söhbət daha çox dinin ixracı üzərində qərarlaşmış dairələrin bizim yaşıl rəngi "inkişaf etdirib" sistem quruculuğuna aparmaqdan gedir. Ölkəmiz dünyəvi olduğu üçün buna yol vermədi, amma prezident sekulyarlığı yalnız Azərbaycanın hüdudları ilə məhdudlaşdırmadı, bütün azərbaycanlılar üçün dünyəvilik modeli irəli sürüldü. Sizi əmin edirəm ki, bu, son dərəcə mühüm xətdir, konsepsiyadır, böyük gələcəyi var. Dillə bağlı məsələdə isə onun yalnız məişət səviyyəsində saxlanması ədəbi təsir, hüquq, siyasət və s. inkişafından məhrum edir. Biz sovet hakimiyyəti illərində bunu yaşamışıq. O dövrdə vahid beynəlmiləl millət yetişdirmək ideologiyası ilə bütün yazışmalar rus dilində aparılırdı. Lakin o dövrdə bütün respublikaları inkişaf etdirən xətti heç kim inkar edə bilməz. İran isə SSRİ kimi ola bilmir, ola da bilməz. Bu səbəbdən Azərbaycanın vahid düşüncə məkanında birləşməsi mühüm doktrinadır, çox böyük ideologiyadır. Düşünürəm ki, proses inkişaf edəcək. Azərbaycan qadınları təxminən 80 gündür meydanlara çıxaraq öz haqqını tələb edən, milli, etnik fərqlərə baxmayaraq azadlıq istəyən insanların tələbləri fonunda ləğv olunmuş “əxlaq polisi”nin dəyənəyindən həyatını itirmiş Məhsa Əmininin timsalında yüzlərlə qadının, o cümlədən milyonlarla qadının haqqı uğrunda mübarizəsinə mənən dəstək verir, onların arasında azərbaycanlıları birinci yerə qoyur. Heç kim buna qarşı çıxa bilməz. Dünyada ingilis dilinin inkişafı üçün milyardlar xərclənir. Bu, yumşaq güc siyasəti, mədəni işğal hesab olunur. Biz kimi işğal edirik? Biz danışanda anladığımız, nəhəng Orta Asiyada yaşayan türklərdən fərqli heç bir başqa xalqla müqayisə olunmayacaq dərəcədə vahidlikdən bəhs edən məsələni şərh edirik. Dil məsələsi Azərbaycan dövlətinin kursudur. Orada yaşayan soydaşlarımızın dili dövlət dilinə çevirəcəklərindən əminik. Bu, İranın reformasiyası üzərində olacaq. Lakin bu uzun illər tələb edən gərgin, mürəkkəb proseslərdir. Ən əsası insanlar haqlarını qazanarkən bizim kimi Qarabağ, ərazi itkiləri, minlərlə insanın qurban getməsini yaşamamalıdırlar. İnqilab elə baş verməlidir ki, onlar İranda hüquqlarının, dilinin, soyunun, keçmişinin olduğunu ortaya qoya bilsinlər".
Z.Oruc həmçinin İran Prezidenti İbrahim Rəisinin “1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsi mümkündür” açıqlamasının güney azərbaycanlıların dil hüquqları ilə əlaqəli ola biləcəyinə dair ehtimalı da şərh edib: “Düşünürəm ki, bunlar özünümüdafiə aktlarıdır, çünki məhdudiyyətlər tətbiq olunsa da, informasiya məkanı açıqdır, sərhədlər qoymaq çox çətindir. Belə şəraitdə hər gün on minlərlə insanın müxtəlif şəhərlərdə eyni anda keçirdiyi aksiyaları durdurmaq üçün hakimiyyət təbii ki, güzəştedici addımlar atır. Lakin bu sərt mahiyyəti dəyişmir. Bu 80 gün ərzində xalqın qarşısına çıxıb ciddi sosial-iqtisadi, hüquqi addımlar atılacağını bəyan etmək əvəzinə, əksinə, ilk gündən etirazçılara qarşı sərt ritorika seçildi, ardınca bu əməllərə çevrildi, daha sonra isə vətəndaşlara atəş açmağa başladılar. Göründüyü kimi, bu, əks-reaksiyalar yaratdı. Bunun vətəndaş qarşıdurmasına, geniş etnik-milli toqquşmalara aparıb çıxara biləcəyinə, xarici müdaxilələrə əsas yaradacağına dair nəzəriyyələr var. Bunlar əsassız deyil. Ona görə də 3-cü, 4-cü dövləti günahladırmadan İran azərbaycanlıların dövlətin quruculuğuna minlərlə il xərclədiyinin fərqində olmalıdır. Müxtəlif hakimiyyət qollarında azərbaycanlılar təmsil olunur. Lakin onlar müti vəziyyətə salınmış böyük toplumun sanki üst qurumudur. Uzun illər ərzində qadınların libasına, həyat tərzinə, azadlıqlarına necə müdaxilə ediblərsə, eynən də azərbaycanlıların milli hüquqlarını da eyni şəkildə qəlibləşdirib, dondurublar və bu da artıq çat verib. Hesab edirəm ki, proses səngiməyəcək”.

Bu xəbər oxucular tərəfindən 16670 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |