Şrift:
Tehranda 2 nəfər əhalinin gözü önündə edam edilib
21.01.2013 [10:39] - Güney Azərbaycan xəbərləri, Hadisə
Tehran şəhərində bu gün səhər saatlarında 2 nəfər əhalinin gözü qarşısında edam edilib.

Soyuq silahla insanların qarşısını kəsib soyğunçuluq etməkdə təqsirləndirilən dörd nəfərdən ikisi ölüm, digərləri isə sürgün cəzasına məhkum edilib.Məhkəmənin edam hökmü çıxardığı 2 gənc Tehranın “Sənətçilər” parkında asılıb.

Qeyd edək ki, son zamanlarda İran adlanan ölkədə əhalinin iqtisadi durumunun yaxşı vəziyyətdə olmaması və gənclər arasında işsizlik probleminin gündən-günə artması belə soygunluq hadisələrin artdığını göstərir.İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur. Lakuin çinlə müqayisədə əhalisinin sayına görə İran rejimi dünayda yanlız edama görə birinci yerdədir.
Bu xəbər oxucular tərəfindən 1608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed