12.12.2022 [10:59] - Güney Azərbaycan xəbərləri
İranda edam qərarlarının verilməsi və icra olunması etirazları daha da alovlandıracaq.
Bu, İranın Qum Dini Elmlər Seminariyası Alimlər və Araşdırmaçılar Assambleyasının bəyanatında qeyd olunur.
Bəyanatda bildirilir ki, vətəndaşların etiraz səsini eşidərək addım atmaq əvəzinə edam qərarlarının verilməsi ictimai vəziyyəti daha da gərginləşdirir.
Bəyanatda qeyd olunur ki, qəfil edam qərarlarının verilməsi və icra olunmasının hüquqi nöqsanları var. Bundan əlavə edam təhlükəsizliyi təmin etmək və vəziyyəti stabilləşdirmək üçün düzgün həll yolu deyil. Çünki edam ictimai nifrət və qəzəbi artırır, rəsmilərin ölkənin problemlərinə etinasızlığını əks etdirir.
Bəyanatda deyilir ki, ölkənin ədalətsiz vəziyyətinə etiraz hüququndan istifadə edərək məmuların zorakılığı qarşısında özünü müdafiə edən şəxslər silahlı cinayətkar hesab edilə bilməz.
İranın Qum Dini Elmlər Seminariyası Müəllimlər və Araşdırmaçılar Assambleyası etirazçıların edam olunmasına kəskin qarşı olduğunu elan edir və ölkənin ədliyyə sistemi rəsmilərindən etirazçıların azad edilməsi istiqamətində addım atmalarını istəyir.

Bu xəbər oxucular tərəfindən 16603 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |