12.12.2022 [11:08] - Sağlıq
"Böyrüüstə yatın, arıqlayın, idmanla məşğul olun, tutumlu şam yeməyindən imtina edin, yataq otağında nəmləndirici saxlayın..."
Tədqiqatlar göstərir ki, yatan insanların 40 faizi xoruldayır. Xorultu təkcə yatan insanın özünə təhlükə törətmir, həm də onunla bir mənzildə və ya otaqda olan insanların da istirahətini pozur.
Bu barədə Slovakiyanın "Pravda" nəşri yazıb.
Amma xorultunun öhdəsindən gəlmək olar, o zaman yuxu sağlam olacaq, evdə sakitlik hökm sürəcək.
Böyrüüstə yuxu
Bu, xoruldamamağın ən asan və ən səmərəli üsuludur. Böyrüüstə yatanda siz öz dilinizin geri çəkilməsinə və, beləliklə, havanın keçməsinə imkan verməyəcəksiniz. Məhz bu, yuxu vaxtı tənəffüsü çətinləşdirir. Böyrüüstə yatmağı öyrənin, o zaman sakit yatacaqsınız.
Arıqlayın
Çəkisi artıq olan insanların boğazında toxumalarda piy çox olur. Bu da gecələr tənəffüsü çətinləşdirir. Bu problem "ikili çənə" adlanır. Piy toxuması ilə örtülən boğaz asanlıqla bağlanır və havanın keçməsini çətinləşdirir. Çəkinin azalması həm kişilərdə, həm qadınlarda xoruldamaq problemini həll edə bilər. Bundan başqa, orqanizmin ümumi vəziyyəti yaxşılaşır.
İdmanla məşğul olun
Qəribə də olsa, idmanla məşğul olanlar az xoruldayır. Aktiv və sağlam həyat tərzi yuxunuzu yaxşılaşdıracaq və xorultunu azaldacaq. Fiziki aktivlik yuxarı tənəffüs yollarının əzələ tonusunu formalaşdırır. Bunun sayəsində əzələ və vətərlər sallanmır. Və siz bütün gecəni sakit və rahat yata bilərsiniz.
Başınızı qaldırın
Ola bilsin ki, siz başınız həddən artıq aşağı vəziyyətdə yatırsınız. Bu zaman daha bir yastıq qoymağa ehtiyac yoxdur. Poradoksal olsa da, bu, xorultunu bir az da artıracaq. Bunun üçün döşəyin baş hissəsini 10 sm qaldırsanız, xorultu xeyli azalacaq. Ona görə də çarpayıların müasir modellərinin baş tərəfinin qaldırılması imkanı nəzərdə tutulur.
Tutumlu şam yeməyindən imtina edin
Yuxudan 2 saat öncə yeməmək daha yaxşıdır. Yemək həddən artıq tutumlu olmamalıdır. Əks halda yatmazdan əvvəl siz onu həzm etməyə imkan tapa bilməyəcəksiniz. Əgər tutumlu şam yeməyi yesəniz, yuxunuz narahat olacaq və xorultu artacaq. Biz hələ yatmazdan öncə tutumlu yemək yeməyin artıq çəki və piylənməyə səbəb olmasından danışmırıq. Beləliklə, yuxudan öncə qidanın məhdudlaşdırılması sağlamlığa kömək edir və gecələr sakitliyi təmin edər.
Alkoqol və qazlaşdırılmış içkilərdən imtina edin
Ən yaxşısı alkoqoldan tamilə imtina etmək və yuxudan 2 saat öncə qazlı suyu məhdudlaşdırmaqdır. Alkoqol mərkəzi sinir sisteminə təsir göstərərək əzələləri, o cümlədən boğaz əzələlərini zəiflədir və xorultu törədir. Qazlaşdırılmış içkilər isə öz növbəsində mədəni qazla doldurur, özünə çıxış axtarır və köpmə səbəbindən siz xoruldamaya başlayırsınız.
Yataq otağında nəmləndirici
Yataq otağında hava nəmləndiricini yerləşdirsəniz, otaqda rütubəti artırıb, bununla xüsusilə qış aylarında xorultunu zəiflətmək olar. Qış aylarında istilik səbəbindən hava quru olur. Nəm hava selikli qişanın qurumasının, beləliklə, xorultunun qarşısını alacaqdır.

Bu xəbər oxucular tərəfindən 1581 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |