13.12.2022 [10:14] - Gündəm, Siyasət
Peru Prezidenti Dina Boluarte televiziya ilə həmvətənlərinə müraciətində növbədənkənar seçkilərin keçirilməsi barədə təklifini Konqresə (ölkə parlamentinə) təqdim edəcəyini açıqlayıb.
Peru radiostansiyasının yaydığı məlumata görə Dina Boluarte öz təşəbbüsünü sabiq Prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə yaranmış böhranın həllinin zəruriliyi ilə əsaslandırıb.
Xatırladaq ki, dekabrın 7-də Peru konqresi (parlamenti) Prezident Xose Pedro Kastilyonu vəzifədən kənarlaşdırıb. O isə parlamentin buraxıldığını və ölkədə komendant saatının tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Prezidenti yox, konqresi dəstəkləyib. Parlament üzvlərinin impiçment qərarından sonra ənənəvi olaraq Pedro Kastilyonun dəstək aldığı bəzi rayonlarında iğtişaşlar başlayıb.

Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |