Şrift:
Zelenski Ukraynadakı vəziyyətin qlobal həlli yolunda “üç addım”ı açıqlayıb
13.12.2022 [10:15] - Gündəm, Siyasət
Prezident Volodimir Zelenski Ukraynadakı vəziyyətin qlobal həlli yolunda “üç addım”ı açıqlayıb.

Bu barədə o, G7 ölkələrinin liderləri qarşısında çıxışı zamanı bəyan edib.

“Ukraynaya dəstək bu il olduğu kimi gələn il də davam etdirilməlidir. Bununla yanaşı, biz sülhün əldə olunmasını sürətləndirəcək çoxdan gözlənilən addımları atmalıyıq. Onlardan üçü var”, - deyə o bildirib.

Dövlət başçısı ilk addım kimi Ukraynanı müasir tanklar, artilleriya, mərmi, daha çox reaktiv artilleriya və uzaqmənzilli raketlərlə təmin etmək olduğunu qeyd edib: “İkincisi, 2023-cü ildə maliyyə, enerji və sosial sabitliyin dəstəklənməsidir. Xüsusilə, Ukraynanın enerji sektorunun etibarlı qorunmasına" zəmanət verməkdir”.

Zelenskinin sözlərinə görə, sülhə gedən yolda üçüncü addım onun əvvəllər təklif etdiyi “sülh formulu”nun həyata keçirilməsidir. Bunun üçün Qlobal Sülh Sammitinin çağırılmasıdır.
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed