Şrift:
Azamatxan Amirtay: “Türk dünyasının birləşməsi bizə güc və təhlükəsizlik bəxş edəcək”
13.12.2022 [10:57] - Türk dünyası-Turan
“Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi ittifaqdan danışmaq hələ tezdir, çünki TDT-yə daxil olan ölkələrin heç də hamısında silahlı qüvvələrin lazımi səviyyədə hazırlığı yoxdur, indi güclü iqtisadi birliyə diqqət yetirilir”.

Bu sözləri Qazaxıstanın Ekologiya partiyası “Baytak”ın sədri (yeri gəlmişkən, Ekologiya partiyasının fəxri sədri qazaxıstanlı ictimai xadim, şair, yazıçı, diplomat və ədəbiyyatşünas Oljas Süleymenovdur) Azamatxan Amirtay Oxu.Az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə türk dövlətlərinin hərbi potensialını birləşdirərək hərbi ittifaq yaratmağa başlasa, çox güclü olar:

“Xüsusilə ölkələrimizin əhalisini nəzərə alsaq, söhbət 250 milyon nəfərdən gedir. Belə bir ittifaq dünyaya öz gücünü göstərə biləcək”.

Azamatxan Amirtay Qazaxıstanın indi Özbəkistanla danışıqlar apardığını da bildirib.

“Bundan sonra, məncə, Astana və Bakı arasında da oxşar hərbi ittifaq olacaq. Hər halda biz dünyada baş verənləri izləməliyik. Mən Rusiya ilə Ukrayna arasındakı müharibəni, Ermənistanla Azərbaycan arasında nizamlanmamış münasibətləri nəzərdə tuturam. Türk dünyasının birləşməsi indiki qlobal vəziyyətdə bizə güc və təhlükəsizliyə zəmanət verəcək. Siyasətçilərimiz həm hərbi-siyasi ittifaq, həm də iqtisadi birlik yaratmaq üçün həll yolları tapmalıdırlar”, - deyə o qeyd edib.

Nair Əliyev
Bu xəbər oxucular tərəfindən 1548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed