14.12.2022 [11:21] - Siyasət
Rusiya və Ukrayna arasında müharibə fonunda NATO-ya üzv ölən bəzi ölkələr silah çatışmazlığı ilə üzləşib.
Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.
“Alyans daxilində Ukraynaya böyük təhlükəsizlik yardımı göstərən Estoniya kimi ölkələrdə ehtiyatlar azalıb. Ölkələr çox real qıtlıqla üzləşirlər və tək deyillər. Biz bunu bütün alyansda müşahidə edirik”, - deyə xanım Smit bildirib.
O, Avropa İttifaqının silah ehtiyatı çatışmazlığı ilə üzləşən ölkələrə də kömək etdiyini bildirib. Smit qeyd edib ki, bir ay ərzində NATO və Aİ-nin müdafiə sənayesi ilə əlaqə yarada və kəsiri aradan qaldıra biləcəyinə ümid edir.
Bundan əvvəl noyabrın sonunda "New York Times" nəşrinin mənbəsi bildirib ki, NATO ölkələrinin üçdə ikisi artıq Ukrayna üçün silah ehtiyatlarını tükəndirib.

Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |