Şrift:
Politoloq İran-Rusiya-Ermənistan münasibətlərindən danışıb
22.01.2013 [09:31] - Gündəm, Siyasət
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (CSİS) son hesabatında İran-Ermənistan münasibətlərinin genişlənməsi məsəsləsi yer alıb. İran-Ermənistan əməkdaşlığının son illərdə daha da artdığını vurğulayan hesabat müəllifləri qeyd edirlər ki, iki ölkə arasında müəyyən bir ittifaq yaranıb. Bu da İranın Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınması üçün yol açır. Sözügedən sənəddə həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olduğu, həmin ərazilərin hazırda nəzarətsiz zonaya çevrildiyi qeyd edilib.
Hesabatdan da göründüyü kimi, Rusiyadan sonra Ermənistanın işğal faktorundan geri çəkilməməyə və bu məsələdə daha da israrlı olmağa əmin olduğu ölkə İrandır. Bununla bağlı AzNews.az-a münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə, İranla Rusiya müttəfiq dövlətlər olduğu üçün bir sıra məsələlərdə onların birgə mövqedən çıxış etmələrinin şahidi oluruq.
Ermənistana gəlincə, o müstəqil dövlət olmadığından Rusiyanın diqtəsindən kənar hansısa addım atmaq iqtidarında da deyil: “Hamı bilir ki, İranla Rusiya arasında müttəfiqlik münasibətləri var. Ermənistan isə Rusiyanın bir hissəsidir, quberniyasırır . Belə olan halda məsələ aydındır və Rusiyaya deyilən istənilən bir məsələ həm İrana, həm də Ermənistana aiddir. Hər iki dövlətin bu məsələdə mövqeyi ortadadır”.
Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed