16.12.2022 [11:03] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bu gün 4-cü gündür ki, Şuşa -Laçın yolunda azərbaycanlı ekoloqlar, QHT nümayəndələri, jurnalistlər və bir sıra könüllü vətəndaşların dinc aksiyası davam edir.
Tələb ekoloqların monitorinqlər apara bilməsi üçün davamlı və tez bir zamanda Azərbaycan torpaqlarına buraxılmasıdır. Onlar “ekoloji terrora son verilsin” şüarı ilə çıxış edirlər.
2020-ci ildə qələbə ilə nəticələnən müharibədən sonra üçtərəfli Bəyannaməyə əsasən əraziyə müvəqqəti nəzarəti həyata keçrimək üçün Rusiya Sülhməramlıları göndərildi. Əslində onlar tərəflər arasında silahlı münaqişə olarsa, sakitləşdirməli və tərəf olmamalı idilər.Təəssüf olsun ki, 2 illik fəaliyyətləri onu sübut edir ki, sülhməramlılar nəinki tərəf olub, eyni zamanda Azərbaycan torpaqlarının talanmasında birbaşa iştirak edir, buna şərait yaradır. Hətta ərazilərmizə başqa ölkələrə məxsus silahlı diversiya qruplarının daxil olmasını da açıq şəkildə təmin edilər. Bu isə, o deməkdir ki, artıq məramı sülhdən başqa hər şey olanlar torpaqlarımızdan getməlidir. Bu gün Şuşa-Laçın yolunda keçirilən aksiyalar da bu istiqamətdə atılan ilk addım, yumşaq etirazın nümunəsidir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Şuşa-Xankəndi istiqamətində baş verən hadisələr Azərbaycan cəmiyyətinin müxtəlif hissələrini - QHT nümayəndələrinin, jurnalistlərin döyüşçü simasını ortaya qoydu. Eyni zamanda, Azərbaycan xalqı özünün suveren ərazilərində mülki idarəçiliyi tamamilə nəzarətə götürə bilmək iradəsini göstərdi.
Və sübut etdi ki, Konstitusiya aktında göstərildiyi kimi Azərbaycanın suverenliyi şərtsizdir və bütün ərazilərə şamil olunur. "Biz “Böyük Qayıdışa” hazırıq. Ərazilərimizdə talançılığıa yol verməyəcəyik. Bunu hələ Azərbaycan cəmiyyətinin mülki hissəsi deyir.
Yəni biz yumşaq güc istifadə etməklə yarım qalmış işlərimizi sona çatdırmaq istəyirik”,- deyə o əalvə edib.
"Biz Xankəndidən qovulmuş 12 mindən çox azərbaycanlının geri qayıtmasını, ətraf kəndlərdə vətəndaşların yerləşməsini təmin etməklə yanaşı, həm də buradan separatçıların, Azərbaycana qarşı silahlı mübarizə aparanların çıxarılmasını təmin etməliyik".
Quliyev hesab edir ki, burada iki məsələ açıq şəkildə tələb edilməlidir. “Rusiyanın 10 noyabr bəyannaməsində qeyd edilən 4 və 9 -cu bəndlərə əməl etməsini tələb etməliyik. Bu, silahlı dəstələrin ərazilərdən çıxarılması və 9-cu bəndə görə, silah gücünə qovulmuş azərbaycanlıların geri qaytarılmasıdır. Əgər silahlılar ərazidən çıxmırsa, o zaman sülhməramlılar orada qala bilməz. Çünki şərt belədir. Ermənistan silahlıları çıxdıqdan sonra sülhməramlılar ərazilərdə olmalı idi. İşin öhdəsindən gələ bilmirlərsə, özləri getməlidirlər. Nəticə bu olmalıdır”,- deyə Quliyev bildirib.
Onun sözlərinə görə, 1988-ci ildə Topxana meşəsində ağacların qırılması ilə bağlı Azərbaycan xalqı necə etiraza qalxmışdısa, bu gün də mədənlərin talanmasına eyni formada etirazlar başlayıb. Həm də, burada söhbət təkcə mədəndən getmir.
“Söhbət Azərbaycan torpaqlarında başqa dövlətlərin “at oynatmasının” qarşısının alınmasından gedir. Bu təkcə ekoloji məsələlərə etiraz deyil.
Burada Azərbaycanın suveren ərazilərində Rusiya tərəfi oyun oynayır. Bunun Ermənistana o qədər bağlılığı yoxdur. Putin tərəfindən göndərilən Vardanyan xüsusi missiya ilə Qarabağa gəlib. Burada Rusiya Sülhməramlılarının başçısı olan Volkovla birlikdə talançılqla məşğuldur. Volkov gizlənsə də, Vardanyan gözə görünməsə də, o qızıl mədənlərini talayan elə bunlardır”,- deyən politoloq hesab edir ki, Rusiya bu səbəbdən bizim ərazilərimizdən çıxmaq istəmir. Əgər normal danışıqlar yolu ilə bu məsələ həll edilməsə, o zaman Azərbaycan sərt gücü ortaya qoymaq məcburiyyətində qalacaq.
F.Quliyevin fikrincə, cəmiyyətin müvafiq sektorlarının məsələyə əl qoyması təqdirəlayiqdir.
“Proseslər ora gedir ki, bu təzyiqlərin qarşısında nə Ermənistanda, nə Qarabağdakı separatçı “tör-töküntü”, nə də Rusiya dayana bilməyəcək. Bu duruşu davam etdirmək lazımdır”,- deyən F.Quliyev hesab edir ki, yaxın vaxtlarda nəticə əldə olunacaq.
P.S. Artıq 4 gündür ki, aksiya davam edir. Rusiya Sülhməramlılarının rəhbəri isə gözə dəymir. Görünən odur ki, Andrey Volkov aksiyaçıaların qarşısına çıxmamaqla vaxt qazanmağa çalışır!?

İradə Cəlil, Bizimyol.info
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |