Şrift:
Azərbaycanda kino çəkilişi və satışı ƏDV-dən azad edilə bilər
19.12.2022 [11:26] - Gündəm, Mədəniyyət
Azərbaycanda kino çəkilişi və satışı prosesində filmlərin ƏDV-dən azad olunması təklif olunub.

Bu barədə YARAT mərkəzində "Kino və Biznes: Körpülər" mövzusunda müzakirələrdə bildirilib.
Qeyd olunub ki, təklif mədəniyyət naziri Anar Kərimova və nazirliyin Audiovizual və İnteraktiv Media şöbəsinə təqdim edilib. Təklifdə kino sahəsinin inkişafı məqsədilə filmlərin çəkilişinin və satışının 5-10 il müddətinə ƏDV-dən azad edilməsi fikri irəli sürülüb.

Mədəniyyət Nazirliyinin tədbirdə iştirak edən Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov nazirliyin təklifi dəstəkləyə biləcəyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 2590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed