22.01.2013 [09:44] - Gündəm, Hadisə
Günah kimdədir?
Etibar Əliyev: “Sumqayıtın 17 saylı məktəbindəki hadisə lentə alınıb ictimailəşməsiydi, həmin müəllim öz fəaliyyətini davam etdirəcəkdi”
Məlahət Mürşüdlü: “Günahkar olan müəllimin məktəbdə qalmasına heç cürə yol vermək olmaz.”
Bu günlərdə sosial şəbəkədə məktəb müəlliminin şagirdləri döyməsi süjetinin yayılması cəmiyyətdə geniş rezonans a səbəb olub. Bu hal orta məktəblərdə bir sıra hallarda bəzi müəllimlərin şagirdlərə qarşı zorakı davrandığını əyani şəkildə göstərdi. Təəssüf ki, bəzi müəllimlər hələ də dərs dediyi şagirdlə necə davranmaq lazım gəldiyini bilmir. Belə hallar heç də məktəb sisteminə baş ucalığı gətirmir. Son illər əksər məktəblərdə valideyn-müəllim assosiasiyaları yaradılıb. Hansı ki, onların vəzifələrindən biri də məktəbdə normal ab-havanı təmin etməkdir. Belə neqativ halların olması məktəblərdə uşaqların hüquqlarının heç də tam şəkildə qorunmadığından xəbər verir. Görəsən, müəllimlərin şagirdlərə qarşı zorakı davranışının səbəbləri nədir? Hədən valedeyn-müəllim assosiasiyası bu kimi neqativ halların qarşısını almaq üçün real fəaliyyət göstərmir? Ümumiyyətlə məktəbdə uşaqların hüquqları necə qorunmalıdır?
Məsələyə münasibət bildirən təhsil məsələləri üzrə ekspert Etibar Əliyevin fikrincə, məktəb direktorları demək olar ki, öz funksiyalarını yerinə yetirmir: “Onlar yalnız məktəbdə yuxarı sinif şagirdlərinin dərsdən yayınma və onların repetitorun yanına getməsilə bağlı valedeynlərlə bazarlıq edirlər. Məktəb direktorunun əksəriyyətinin 20-30 illik iş stajı olsa da, onlar məktəbə bir yenilik verməyiblər. Bu məqamların özünü də müəllimin şagirdlə zorakı davranışına səbəb olan bir faktor kimi qiymətləndirmək olar”.
E.Əliyev hazırkı şəraitdə məktəblə valideyn arasında əlaqələrin zəif olmasını da sözügedən neqativ halların baş verməsinə rəvac verən hal kimi dəyərləndirdi: “Sovetlər dönəmində hər bir müəllim həm də tərbiyyəçi funksiyasını yerinə yetirirdi. Məktəbdə istənilən neqativ hal üçün məktəb şurası, valideynlər, tədris və tərbiyyə ilə məşğul olan məktəb müəllimləri cavabdehlik daşıyırdı. O dövrdə müəllimlər valideynlərlə əlaqə qururdu. Bütün bunlar isə normal məktəb mühitinin formalaşmasında mühüm əhəmiyyət daşıyırdı. Hazırda bu dəyərlər məktəbdə yoxa çıxıb. İndi məktəb özü-özlüyündə qapalı sistemə çevrilib. İstənilən məktəb direktoru istəyi çərçivəsində olmayan hər hansı bir məsələnin məktəbdən kənara çıxmamasına var güclərilə çalışırlar. Düşünürəm ki, məktəblərdə müəllimin şagirdlə zorakı davranışı halları daha çoxdur. Bunlar barədə məlumatlar alıb məktəbin tabe olduğu müvafiq strukturlara müraciət edirik. Sumqayıtın 17 saylı məktəbindəki hadisə lentə alınıb ictimailəşməsiydi, həmin müəllim öz fəaliyyətini davam etdirəcəkdi”.
Həmsöhbətimiz məktəblərdə zorakı davranışların baş verməsinin səbəblərindən birini də məktəblərə ictimai nəzarətin zəif olmasında axtarmağı lazım bildi: “Valideynlər nə valideyn iclaslarına gedir, nə də dərsin keyfiyyətinin ictimai ekspertizasını həyata keçirir. Onlar hesab edir ki, məktəb artıq heç nə vermir. Belə olan halda müəllim-şagird münasibətləri bəzən zorakı müstəviyə gəlib çıxır”. O özünü normal aparmayan şagirdə qarşı, ancaq mədəni tənbeh tədbirlərinin görülməli olduğunu da diqqətə çatdırdı: “Ümumiyyətlə, şagirdlərə qarşı zorakılıq yolverilməzdir. Valideynlərin məktəbə dəvət olunması, valideyn-müəllim assosiasiyasının aktik fəaliyyəti həyata keçirilməlidir. Təəssüf ki, valideyn-müəllim assosiasiyası ölü bir quruma çevrilib. Qaydalara riayət etməyən şagirdi döymək deyil, ona töhmət verilə bilər, onun məktəbdən uzaqlaşdırılması ilə bağlı addım atıla bilər.
Məktəbdə uşaqların hüquqları «Uşaq Hüququ Konvensiyası» və «Təhsil haqqında» qanunda öz əksini tapıb. Savadlı valideynlər ortaya çıxıb bu hüquqlarının məktəb kollektivi tərəfindən qorunmasını tələb etməyi bacarmalıdırlar. Amma nədənsə valideynlər məktəblərə etinasız yanaşırlar. Çünki məktəbin perspektivinin olmadığı qənaətindədirlər. Valideynlər uşaq hüquqlarını təkrar-təkrar məktəb rəhbərliyinə çatdırmalıdırlar. Qanunla qeyri-hökumət təşkilatları təhsil strukturuna daxildir. Amma valideynlər həmin qeyri-hökumət təşkilatlarının məktəbdə hər hansı bir monitorinq aparması, hər hansı bir məsələnin izlənilməsinə yardımçı olmurlar, əksinə maneəçilik yaradırlar. Bu da təfəkkür problemindən irəli gəlir”.
Ekspert Məlahət Mürşüdlü isə müəllimlərin şagidlərə qarşı zorakı davranışlarının səbəbini dərs deyənlə yanaşı, dərsə qulaq asanda da axtarmağı lazım bildi: “Müşahidələrimizə görə müəllimlə şagirdlər arasında savaşlar əsasən yuxarı siniflərdə baş verir. Bu pillədəki uşaqların psixologiyası da formalaşır. Onlarla müəllimin dərs aparması olduqca çətin olur. Müəllim də insandır. Demirəm ki, uşaq döyülməlidir, bu «Uşaq Hüquqları Konvensiyası» və qanunlara ziddir. Ancaq müəllimlər arasında da əməkdaşlığı doğru-düzgün, yüksək səviyyədə qura, sinfi idarə edə bilməyənlər var. Bəzi müəllimlər əsəblərini cilovlaya bilmir, belədə də hirsini şagirddən çıxır. Eyni zamanda, zəif göstəricilərə malik uşaqlar adətən dərs zamanı oxumaq əvəzinə digər məşğuliyyətə üstünlük verirlər. Bu da bir sıra hallarda müəllimlə şagird arasında insidentin olmasına rəvac verən səbəblərdəndir. Belə naqetiv hadisələrə qarşı yerində ölçü götürülməlidir. Prosesin qarşısını zamanında almaq üçün pedoqoji şuralarda, valideyn-müəllim assosiasiyasında ciddi araşdırma aparılmalıdır. Günahkar olan müəllimin məktəbdə qalmasına heç cürə yol vermək olmaz. Günahkar şagird də eyni cür qiymətləndirilməli idi!”.
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |