19.12.2022 [12:02] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
İranlı general Əmir Hatəmi Ermənistan-Azərbaycan müharibəsindən söz açarkən bildirib ki, son vaxtlar baş verən münaqişələr və qarşıdurmalar regionun təhlükəsizlik və siyasi münasibətlərində sürətli dəyişiklikləri, ən əsası isə müharibə və hərbi əməliyyatların metodlarında inkişafın və texnoloji dəyişikliklərin sürətinin böyük təsirini göstərir.
O həmçinin deyib ki, hava hücumundan müdafiə sistemləri əhəmiyyətli olduğu qədər, raket əleyhinə sistemlər müdafiənin ön cəbhəsidir. Xatırladaq ki, İran bir müddət əvvəl Ermənistana gizli yolla 600 ədəd raket göndərib.
Milli Dirçəliş Hərakatı Partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında söyləyib ki, İran həm müharibədən öncə, həm 44 günlük müharibə zamanı, həm də sonra Ermənistanı ardıcıl, sistemli şəkildə müdafiə edib.
“Xudafərin Elektrik Stansiyası tikilən zaman mən Parlamentdə məsələ qaldırmışdım ki, İran tərəfi Ermənistana bir bəyanat versin. Bildirsin ki, qoşunlarınızı həmin ərazidən çıxarın. Azərbaycan İran tərəfi ilə burada rahat şəkildə işləyə bilsin. O bəyanat verilmədi. Amma indi Azərbaycan öz suverən ərazilərini azad etdiyi bir zamanda qırmızı xəttdən danışırlar. Bu qədər riyakardılar. Bütün ərazilərimizi talayıblar”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, bu talançılıq, döyüş, müharibə zamanı olmayıb. Bütün ərazilər İran tərəfindən talanıb. F.Quliyev xatırladıb ki, müharibə dövründə Gürcüstan zirehli gödəkçələri sərhədlərindən buraxmadığı halda, İran 900 ton silah-sursatı M2 yolu ilə İran ərazisindən Ermənistana verilməsini təmin edərək onlara dəstək verib.
“Bundan əvvəl də o dönəmdə onların yanacaq daşıması üçün istifadə etdikləri avtomobillərin də nömrələri götürülmüşdü. Sosial şəbəkələrdə də yayılmışdı. İndiki dönəmdə də 600 raket verilib Ermənistana. Bunların bir hissəsi Xankəndidə, bir hissəsi Ermənistanda yerləşdirilib. Bunlar Azərbaycana qarşı institutlaşmış bir siyasət yürüdürlər”,- deyən partiya sədri bildirib ki, İranın bu siyasəti Ermənistan sevgisindən deyil, Türk dünyasına olan antipatiyasındandır.
Siyasətçi hesab edir ki, bu gün Azərbaycan tərəfinin İrana qarşı apardığı siyasət təqdir olunmalıdır. “Televiziyalarımız, jurnalsitlər olduğu kimi hər şeyi ifadə edir. Belə də olmalıdır. Çünki “cidanı çuvalda gizlətmək olmaz”.
Onlar bizə düşmən mövqeyindədirlərsə, biz onlara niyə yumşaq münasibət bəsləməliyik ki?! Gündə bir təlim keçirirlər. Gəlib pantom körpü atdılar. Azərbaycan da layiqli cavabını verdi”,- deyə o bildirib. Partiya sədrinin fikrincə, Rusiya ilə də, İranla da danışıq yolu budur - onların başa düşdüyü dil budur: "İran Azərbaycana münasibətdə heç bir zaman səmimi olmayıb, olmayacaq. Bu gün Güney Azərbaycanda baş verənlər qarşısında da Azərbaycan dəstək nümayiş etdirməlidir. Çünki İran prosesləri zorla yatırarsa, iki çox ciddi məsələ orataya çıxacaq. Belə ki, orada olan azərbaycanlı fəalların hamısına qarşı represiya başladılacaq. Belə olan halda İran rejimi Azərbaycana qarşı ciddi təxribatlar, şəbəkə yaratmaq və s. bu kimi riyakar siyasətlər yürüdəcək. Bu səbəbdən də İrana qarşı bu duruşu davam etdirmək lazımdr".
İradə Cəlil, Bizimyol.info

Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |