20.12.2022 [10:27] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Rusiyadakı səfirliyi Moskvada Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edəcək.
Türkiyənin Rusiyadakı səfirliyinin əməkdaşları mədəniyyət və turizm attaşesi İlker Özkanın başçılığı ilə sərgidəki “Azərbaycan” pavilyonunu ziyarət edəcəklər. Səfər çərçivəsində qonaqlar TEDA layihəsinin dəstəyi ilə türkiyəli müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş kitablarını səfirliyin arxivindən pavilyona hədiyyə etməyi planlaşdırırlar.
“Bunun sayəsində Moskvadakı türk ədəbiyyatı həvəskarları məşhur yazarların əsərləri ilə yaxından tanış ola, onları ana dillərində oxuya biləcəklər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Poliqrafiya və Kitabxanalar Departamenti uzun illərdir ki, TEDA layihəsini həyata keçirir. Bu layihə çərçivəsində əcnəbi mütəxəssislərə türk ədəbiyyatının yaşadıqları ölkələrdə ana dilinə tərcüməsinə görə maliyyə dəstəyi göstərilir”, - pavilyonun mətbuat xidmətindən bildirilib.
Fəridə Abdullayeva

Bu xəbər oxucular tərəfindən 1317 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |