Şrift:
Azərbaycan ilə Türkiyənin Hərbi Hava Qüvvələri arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
20.12.2022 [10:27] - Xəbərlər, Gündəm, Hərb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında 13-cü Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qonaqları salamlayan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov hər iki qardaş ölkə arasında keçirilən Qərargah danışıqlarının əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, plana uyğun olaraq qardaş ölkənin nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin hərbi hissələrini ziyarət edəcək.
Bu xəbər oxucular tərəfindən 1690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed