Şrift:
Azərbaycan ermənilərin Laçında məhv etdikləri mülklərlə bağlı AİHM-ə faktları təqdim edib
20.12.2022 [10:30] - Xəbərlər, Gündəm
Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) yeni dövlətlərarası şikayət təqdim edib.

Bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
“Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə, Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim etdik”, - deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed