22.01.2013 [10:02] - Gündəm, Hərb
Türkiyənin NATO-dan tələbi əsasında Almaniyadan göndərilən “Patriot” raket sistemlərini daşıyan gəmi bu gün səhər Türkiyə sahillərinə çatıb.Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, “Suecia Seaways” adlı 196 metr uzunluğundakı Danimarka gəmisi Türkiyənin İsgəndərun limanında lövbər salıb. Gəmi yanvarın 8-də Almaniyanın Travemünde limanından yola salınmışdı.
Türkiyənin tələbi əsasında Hollandiyadan göndərilən “Patriot” sistemlərini daşıyan gəmi isə yanvarın 20-də axşam İsgəndərun limanına çatıb və hazırda yükün boşaldılmasına hazırlıq gedir.
Almaniyadan gələn “Patriot”lar Kahramanmaraş, Hollandiyadan gələnlər isə Adanada quraşdırılacaq.
Xatırladaq ki, Türkiyə öz ərazisini Suriyanın mümkün raket hücumlarından qorumaq üçün NATO-dan “Patriot” raket hücumundan müdafiə sistemləri istəmişdi.

Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |