Şrift:
Dünya Bankı Ukraynaya 610 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib
21.12.2022 [12:33] - Gündəm, Sosial
Dünya Bankı Ukraynanın “təcili ehtiyaclarını ödəmək üçün” 610 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib.

Bu maliyyə paketi davam edən müharibə şəraitində Ukraynaya kömək və yenidənqurma səylərini gücləndirmək üçün layihələri özündə əks etdirir.

Paket xüsusilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən Britaniyanın zəmanəti ilə 500 milyon dollar kreditin verilməsini nəzərdə tutur. Bu vəsait Ukrayna hökumətinə uşaq və ailə müavinətlərinin, dövlət qulluqçularının maaşlarının və kommunal xərclərin ödənilməsi ilə bağlı xərcləri qarşılamağa kömək edəcək.

Bank, həmçinin Ukraynaya səhiyyə xidmətlərinə çıxışın bərpası və yaxşılaşdırılması üçün yeni layihə ilə dəstək verəcək.
Bu xəbər oxucular tərəfindən 2456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed