Şrift:
"TURKOVAC" peyvəndi beynəlxalq elmi dairələrdə tanınıb
21.12.2022 [12:49] - Gündəm, Sağlıq
Koronavirusun yeni növünə qarşı Türkiyənin ilk yerli peyvəndi "TURKOVAC"ın üçüncü mərhələsinin klinik sınaqlarının nəticələri dünyanın nüfuzlu elmi jurnallarından olan "Vaccines" jurnalında dərc olunub.

Peyvəndin effektivliyi və təhlükəsizliyi ilə bağlı araşdırma Ankaradakı Hacettepe Universitetinin Tibb Fakültəsi tərəfindən aparılıb.

"TÜRKOVAC" peyvəndi Erciyes Universitetinin alimləri tərəfindən Türkiyə Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq İnstitutları İdarəsi (TÜSEB) ilə əməkdaşlıqda hazırlanıb.

Sınaqlar inaktiv peyvəndin effektivliyini və təhlükəsizliyini sübut edib.
Bu xəbər oxucular tərəfindən 1555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed