23.12.2022 [10:22] - Gündəm, Siyasət
Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, bölgədə postmünaqişə dövründə görülən işlər və Laçın yolu ətrafında vəziyyət müzakirə olunub.
Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra Laçın yolunda etirazlara səbəb olan vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Etirazların səbəbinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyət, Laçın yolundan bu məqsədlə sui-istifadə olunduğu diqqətə çatdırılıb. Bununla yanaşı, davam edən hərbi təxribatlar, Laçın yolundan 2021-ci il Ermənistan istehsalı olan minaların ötürülməsi və dinc əhaliyə qarşı təhdidlər qeyd edilib.
Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir əsasının olmadığı vurğulanıb. BQXK-nın ərazidə fəaliyyət göstərdiyi, avtomobillərin mütəmadi əsasda yoldan istifadə etməsinin buna sübut olduğu bildirilib.
Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yolboyu hərəkət rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli əhaliyə hər cür yardım göstərməyə hazır olduğu bildirilib. Bununla yanaşı, özlərini yerli ermənilərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin, bununla “humanitar fəlakət” mövcud olduğu təəssüratı yaratmasının qarşısının alınması üçün səylərin vacib olduğu diqqətə çatdırılıb.
Görüş zamanı, eyni zamanda, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |