Şrift:
Cüdoçularımız “Masters” turnirini 3 medalla başa vurublar
23.12.2022 [10:26] - Gündəm, İdman
İsraildə keçirilən “Masters” turnirinin son günündə Azərbaycan komandası daha bir medal qazanıb.

Cüdoçumuz Zelim Kotsoyev (100 kq) Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Cafar Kostoyevə qalib gələrək bürünc medala sahib olub.

Bununla da komandamızın qazandığı medalların sayı üçə çatıb. Belə ki, bundan əvvəl Balabəy Ağayev (60 kq) bürünc, Səid Mollayi (81 kq) gümüş medal əldə ediblər.

Qeyd edək ki, turnirdə ölkəmizi 13 cüdoçu təmsil edib.

Yarışa 58 ölkədən 350-dən çox cüdoçu qatılıb.
Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed