Şrift:
Putin “Şimal axını”na hücumu terror aktı adlandırıb
23.12.2022 [10:28] - Gündəm, Siyasət
Rusiya Prezidenti Vladimir Putin “Şimal axını”na hücumun maraqlı dövlətlərin dəstəyi ilə təşkil edildiyini bildirib.

“Bu, terror aktıdır. Hadisə göz qabağındadır və bunu hamı etiraf edib. Bu, beynəlxalq, həm də deyərdim ki, dövlət terrorizmidir", - Rusiya lideri qeyd edib ki, dövlət strukturlarının dəstəyi olmadan heç kim bu təxribatı təşkil edə bilməz.

“Belə hallarda onlar adətən deyirlər: “Görün kimə maraqlıdır”, - deyə Putin sözlərinə əlavə edib.

Xatırladaq ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində əsaslı dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar təxmini olaraq eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed