26.12.2022 [10:52] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik rolu Qara dənizdən taxılın təhlükəsiz daşınması üçün sövdələşməyə kömək etdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Ərzurumda gənclərlə görüşündə deyib.
"Təəssüf ki, Qərb yalnız təxribatlarla məşğul idi və Ukrayna-Rusiya müharibəsində vasitəçi olmaq üçün səy göstərə bilmədi. Türkiyə isə 2022-ci ildə vasitəçi rolunu üzərinə götürdü və Qara dənizdə taxıl dəhlizinin istifadəyə verilməsinə nail oldu", - deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, Ukraynadan ixrac olunan taxılın təxminən 44%-ni Avropa, 16%-ni Türkiyə, 14%-ni isə Afrika ölkələri alıb.
R.T.Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya və BMT ilə razılaşma əsasında ehtiyacı olan Afrika ölkələrinə göndərilməsi üçün rus taxılından un istehsal etmək niyyətindədir.
Türkiyə lideri əlavə edib ki, Türkiyə Rusiya ilə birlikdə gübrə ixracı məsələsində addımlar atacaq. Eyni zamanda R.T.Ərdoğan qeyd edib ki, bu problemin həlli “işin ən gərgin hissəsidir”.

Bu xəbər oxucular tərəfindən 1582 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |