28.12.2022 [10:25] - İslam dini
İslam dinində Milad bayramında xristianları təbrik etməyin qadağan edilməsi ilə bağlı heç bir müddəa yoxdur. Hər bir müsəlman bu münasibətlə xristian dostlarını və tanışlarına xoş arzularını çatdıra bilər. Bu, İslam dininin nüfuzunun artması baxımından da əhəmiyyətlidir.
Bu fikirləri Məkkədə yerləşən Müsəlman Dünyası Liqasının (MDL) rəhbəri Şeyx Məhəmməd Əl-Issa söyləyib. O əlavə edib ki, şəriət qanunlarında müsəlmanların xristianlara salam verməsini qadağan edən heç bir mətn yoxdur. Eyni zamanda, bayram təbrikləri mübadiləsi ilə bağlı fətvalar İslam dünyasının böyük alimləri tərəfindən verilib və şəriət fiqhinə aid hər hansı məsələyə etiraz etmək olmaz.
Əl-Issa bildirib ki, bir müsəlman bayramlarda başqa bir qeyri-müsəlmanı salamlayırsa, bu, onun başqa dini qəbul etməsi demək deyil. Onun sözlərinə görə, qeyri-müsəlmanları bayramları münasibətilə təbrik etmək “İslamın nüfuzuna xidmət edən bir jest sayılmalıdır”. “Bu təbriklərin məqsədi hazırda sülhə və etimada çox ehtiyacı olan dünyada birgəyaşayış və harmoniyanı təşviq etməkdir”, -deyə MDL-in rəhbəri vurğulayıb.
Qeyd edək ki, bəzi müsəlman alimləri illər ərzində Milad təbriklərini İslama zidd və buna görə də qadağan olunmuş adlandırıb, bu məsələnin ətrafında müzakirələr açıblar.
Oqtay Bayramov

Bu xəbər oxucular tərəfindən 6876 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |