Şrift:
Ticarət obyektlərində vətəndaşların aldadılması ilə bağlı şikayətlərin sayı artıb
29.12.2022 [10:55] - Gündəm, Sosial
Son dövrlərdə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə olan şikayətlərin sayında artım müşahidə olunur.

Dövlət Xidmətindən verilən məlumata görə, cari ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 36,7% çoxdur.
"Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub”, - məlumatda qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 3022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed