Şrift:
Nədən qış mövsümündə gündə bir ədəd portağal yemək tövsiyə edilir?
29.12.2022 [11:07] - Gündəm, Sağlıq
"Həftədə üç dəfə bir stəkan portağal şirəsinin içilməsi insult riskini 20 faiz azaldır...

"Portağal immun sistemini möhkəmləndirir, çəkini azaldır, ürək xəstəlikərinin qarşısını alır, görməni yaxşılaşdırır, gəncliyimizi qoruyub saxlamağa kömək edir..."

Sitrus meyvələrindən danışanda ilk ağlımıza gələn C vitamini olur, lakin bu, sitrus meyvələrinin yeganə üstünlüyü deyil. Portağalın tərkibində həmçinin kalium, xolin, A vitamini, B qriup vitaminləri, fol turşusu, qida lifləri və bir sıra güclü antioksidantlar var.

Biz qış qida rasionuna portağalı əlavə etməyin 5 səbəbindən danışacağıq.


Bir çoxlarımızda portağal ilk növbədə təzə şirə təəssüratı yaradır, lakin ekspertlər bu fikirdədir ki, onları bütöv istifadə etdikdə daha faydalıdır, çünki məhz belə olduqda onun tərkibində olan vitaminlər, minerallar və qida liflərinin hamısını almaq mümkündür. Bundan başqa, portağaldan cemlər, marmelad hazırlamaq və ya səhər yeməyinə, salatlara, desertlərə və isti qış içkilərinə əlavə etmək olar.

İmmun sisteminin möhkəmlənməsi

Qeyd etdiyimiz kimi, portağal C vitamini ilə zəngindir, bir meyvədə təxminən 50 mq C vitamini var. Tədqiqatlar göstərib ki, C vitamini immun sistemi möhkəmləndirir, habelə soyuqdəymənin müddətini orta hesabla bir gün qısaldır. Bundan başqa, bu vitamin mühüm antioksidant kimi təsir edir, leykositlərin ifrazına kömək edir, virusəleyhinə və antiseptik xassələrə malikdir.

C vitaminindən başqa, portağalın tərkibində tiamin (B1), riboflafin (B2), niatsin (B3), piridoksin (B6), fol və pantoten turşuları, fosfor, maqnezium və selen var. Belə güclü tərkib orqanizmimizin qoruyucu funksiyalarının ən yaxşı formada möhkəmlənməsinə kömək edir.

Çəkinin azalmasıma kömək edir

Qışda biz daha çox yeyirik, bu da çəkimizi artıra bilər. Pomidor, xiyar və ya qarpızda olduğu kimi, portağal da 80 faiz sudan ibarətdir. Bu meyvənin 100 qram lətində cəmi 43 kalori var, bu zaman selülozanın hesabına bir portağalı yeyilməsi toxluq yaradır, bu da rasionun sutkalıq ümumi kaloriliyini azaltmağa imkan verir.

Çoxlu miqdarda sudan başqa, portağalın tərkibində xeyli miqdarda qida lifləri var, belə kombinasiya arıqlamaq istəyənlərə və həzm sistemini nizama salmağa can atanlara əla uyğun gəlir.

Ürək xəstəlikləri riskinin azalması

Yaşlı sağlam adamların ürək problemlərilə üzləşməsinin səbəblərindən biri damarların və arteriyaların mənfəzinin tutulmasıdır. Bu, qeyri-sağlam həyat tərzinin və çoxlu miqdarda zərərli qidadan istifadə edilməsinin nəticəsidir. Portağalın tərkibində hesperidin adlı flavonoidlər var ki, onlar qanda "pis" xolesterinin səviyyəsini azaldır və damar lövhəciklərinin yaranmasının qarşısını alır.

Alimlər hesablayıb ki, hətta bir stəkan portağal şirəsini həftədə üç dəfə içilməsi insult riskini 20 faiz azaldır. Bundan başqa, müəyyən edilib ki, müntəzəm olaraq təbii portağal şirəsi içənlərdə arterial xəstəliklərin inkişaf riski 13 faiz azalıb. Belə effekt C vitaminin hesabına əldə edlilir, o, vena və arteriyaların divarlarının elastikliyini yüksəldir.

Gəncliyin qorunub saxlanılması

C vitamini dərimizi vaxtından əvvəl qırışlardan qoruyur və birləşdirici toxumaların yaradılması, yaraların sağalması və dərinin zahirən hamar və sağlam görünüşünün saxlanılması üçün lazım olan kollagenin sintezini artırır.

Tədqiqatlar göstərib ki, qida rasionunda tərkibində C vitamini zəngin olan ərzaqlardan istifadə edən insanların dərisində qırışlar nadir hallarda meydana çıxır.

Üstəlik, gündə bir portağal yeməklə təkcə uzunmüddətli perspektivdə deyil, kifayət qədər tez bir zamanda dəri parlaq olur.

Gözlərin sağlamlığının yaxşılaşması

Biz yaşa dolduqca görməmiz pisləşir, lakin bu, ən qorxulu problem deyil. Yaş artıqca sarı ləkənin degenerasiyasının inkişaf ehtimalı yüksəlir. Bu da görmənin itməsinə, hətta korluğa gətirib çıxara bilər.

15 il müddətində aparılan tədqiqat göstərib ki, portağaldan müntəzəm istifadə edilməsi sarı ləkə degenerasiya riskini 60 faizə qədər azaldır.

Alimlərin fikrincə, belə müsbət effekt portağalın tərkibində olan flavonoidlərlə bağlıdır. Bundan başqa, bu maddə meyvəyə narıncı rəng verir, onlar həm də çox güclü antioksidantdır.

Beləliklə, hətta həftə ərzində bir portağal yeyilməsi gözlərin sağlamlığına müsbət təsir edir.

Sonda əlavə edək ki, portağal nə qədər dadlı və faydalı olsa da, ondan sui-istifadə etmək olmaz, çünki allergiyaya səbəb ola bilər.

Gündə bir ədəd portağal bütün lazımı vitamin, mineral və antioksidantları almaq və bu zaman orqanizm üçün arzuolunmaz reaksiya riskinə məruz qalmamaq üçün optimal dozadır.
Bu xəbər oxucular tərəfindən 1955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed