Şrift:
“Barselona” klubu 2002-ci ildəki antirekordunu təkrarlayıb
05.01.2023 [11:23] - Gündəm, İdman
“Barselona” klubu 2002-ci ildəki antirekordunu təkrarlayıb.

Klub son 20 ildə ilk dəfədir İspaniya kuboku yarışında 3-cü liqa təmsilçisindən 3 qol buraxıb.

Turnirin 1/16 final mərhələsi çərçivəsində “İntersiti” və “Barselona” arasında oynanılan matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Sonuncu dəfə belə oyun 2002-ci ilə təsadüf edib. Həmin qarşılaşmada “Novelda” klubu “Barselona”nı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “İntersiti” ilə matçda əlavə olunmuş vaxtda “Barselona” fərqlənərək qələbəni təmin edib – 4:3.
Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed