06.01.2023 [10:53] - Xəbərlər, Gündəm, Sosial
Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət mövsümi deyil, davamlı və sistemli xarakter daşıyır. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da davamlı və sistemli xaraket daşıyan fəaliyyətin tərkib hissəsidir. Bu Sərəncam son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.
Rəsmi məlumata görə, pensiya və əməkhaqqı artımı 800 min nəfəri əhatə edəcək.
Sərəncamın əhatə dairəsini təqdim edirik:
- Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək;
- Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək;
- Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Qeyd edək ki, son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.
Sadalanan rəqəmlər həm ötən 4 il ərzində, həm də yanvarın 5-də imzalanan Sərəncamın əhatə dairəsini göz önünə qoyur.
Göründüyü kimi, dünyada gərgin iqtisadi proseslər baş verir, ərzaq təhlükəsizliyi təhdid altındadır. Dünyada baş verən geosiyasi proseslərin yaratdığı iqtisadi təlatümlər fonunda Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımlar xüsusilə diqqət çəkir.
Təbii ki, belə bir irimiqyaslı sosial paketin icrası üçün güclü iqtisadiyyat və dayanıqlı maliyyə sistemi olmalıdır. Azərbaycanda sadalanan bu iki məqam mövcud olduğu üçün dövlət əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ciddi addımlar atır. Əks təqdirdə dünyada baş verən gərginlik fonunda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ciddi məbləğlər ayırmaq mümkün olmazdı.
Aydın olur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi layihələrdən əldə olunan vəsait səmərəli istiqamətdə sərf olunur. Əsas hədəf isə milli təhlükəsizliyimizin müdafiəsi və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Hər iki istiqamətdə inkişaf təqdirəlayiqdir.

Bu xəbər oxucular tərəfindən 3000 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |