Şrift:
Gürcüstan XİN rəhbərinin müavini Bidzina İvanişvilinin Ermənistanda səsləndirdiyi bəyanata görə istefa verib
23.01.2013 [10:25] - Gündəm, Siyasət
Uzun müddət Gürcüstanın xarici siyasət idarəsində çalışmış və yeni hökumət tərkibində belə vəzifəsini saxlamış xarici işlər nazirinin müavini Nikoloz Vaşakidze şəxsi ərizəsi əsasında istefa verib.
«GHN» məlumatına görə, Nikoloz Vaşakidze “ölkənin xarici siyasət kursuna və üslubuna uyğunsuzluğu səbəbindən” istefaya gedib. Vaşakidze agentliyə açıqlamasında qeyd edib ki, onun vəzifədən getməsi həmçinin Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Ermənistanda səsləndirdiyi bəyanatla da əlaqəlidir. O qeyd edib ki, onun üçün bu prinsipial məsələ olub. “Mən bir müddət istirahət etmək niyyətindəyəm, son zamanlar çox gərgin iş rejimində çalışırdım, hansı sahədə fəaliyyətimi davam etmək barədə qərarı isə sonra qəbul edəcəm”, deyə Vaşakidze qeyd edib.

Xatırladaq ki, Nikoloz Vaşakidze xarici işlər nazirinin müavini vəzifəsinə 2010-cu ildə təyin olunmuşdu.

Bidzina İvanişvilinin məhz hansı bəyanatından söhbət gedir, bu barədə xəbər verilmir.

Xatırladaq ki, İvanişvilinin İrəvana səfəri çərçivəsində Gürcüstanda yaşayan ermənilərin problemlərini həll edəcəyinə söz verib, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib və Abxaziyadan keçən dəmir yolunu bərpa edəcəyinə söz vermişdi.
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed