23.01.2013 [10:51] - Mədəniyyət
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) əməkdaşlarının nəşrləri sırasında dünyasını vaxtsız dəyişmiş tədqiqatçı Tamilla İbrahimovanın kitabı xüsusi yer tutur.
MATM-dan bildirmişlər ki, bu yaxınlarda rus dilində işıq üzü görmüş “Duxovnaya jizn azerbaydjanskoqo naroda i yeyo rol v sozdanii materialnoy kulturı” (“Azərbaycan xalqının mənəvi həyatı və maddi mədəniyyətin yaradılmasında onun rolu”) adlı kitabda Zərdüştlüyün yaranma və yayılma arealları, zərdüştlüyü dini-fəlsəfi cərəyan kimi tədqiq etməyə imkan verən tarixi mənbələr, ilk Sasanilər dövründə “Avesta” dini kitabının rəsmən qəbul olunması problemləri araşdırılır.
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan kaşılar üzərindəki şəkillərdə “Avesta” süjetləri təsvir olunur. Müəllif T.İbrahimova bu kaşıları araşdırmış, onların üzərində olan süjetləri ətraflı təsvir etmişdir.
Burada, həmçinin dahi şair Firdovsinin “Şahnamə” əsərində qədim Azərbaycan dövləti Atropatenin müqəddəs odlarının təsvir olunması məsələsinə baxılır.
Tədqiqatçı orta əsr bədii janrlarında axirət dünyasının təsviri ənənəsini araşdırır. Kitabda, həmçinin Şərq poeziyası süjetlərinin Azərbaycanın tətbiqi sənət nümunələrində əksi, Təbriz miniatür məktəbinin orta əsr portret janrına təsiri, Bəndovan II arxeoloji abidəsindən aşkarlanmış şüşə əşyaları, MATM-ın kolleksiyasında qorunan XVI-XVII əsr İran çini qabları, muzeyin müvafiq şöbələrinin 30-60-cı illərdəki fəaliyyəti ilə bağlı materiallar öz əksini tapmışdır.

Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |