Şrift:
Güney Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılıb
23.01.2013 [12:32] - Güney Azərbaycan xəbərləri
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 21 yaşlı əhərli fəal İbrahim Nuri müvəqqəti azadlığa buraxılıb.İbrahim Nurinin müvəqqəti azadlığa buraxılması ailəsinin qoyduğu 10 min dollarlıq mülk girovu qarşılığında mümkün olub.

ETTELAAT-ın Əhər şöbəsinin əməkdaşları İbrahim Nurini yanvarın 19-da Təbrizə gedərkən Əhər vağzalında tutmuşdu. Onun evində yoxlama aparılmış, gənc fəala məxsus bir sıra şəxsi əşya götürülmüşdü.

İbrahim Nuri Güney azərbaycanlılar üçün ana dilində məktəblərin açılması uğrunda apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub, mülk girovu qarşılığında azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed