Şrift:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisinin toplantısı keçirilib
17.01.2023 [10:06] - Gündəm, Siyasət
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT Cenevrə Ofisinin Ali Səviyyəli toplantısı keçirilib.

Mərkəzdən bildiriblər ki, "Parçaları toplamaq: Bölünmüş dünyanın bərpasındakı çətinliklər" mövzusunda keçirilən Ali Səviyyəli toplantıda dünyanın 22 ölkəsindən 13 sabiq prezident, 6 sabiq baş nazir və 10-dan çox sabiq xarici işlər naziri iştirak edib.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Nizami İli” çərçivəsində Mərkəz tərəfindən nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorinoya və İsveçrənin sabiq Prezidenti Mişelin Kalmi Reyə təqdim olunub.

Tədbir çərvivəsində X Qlobal Bakı Forumunun yekun hazırlıqların müzakirəsi məqsədilə təşkilat komitəsinin dördüncü iclası da keçirilib. Forum çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq konfransın təşkil edilməsi qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed